İvanişvilinin kriptovalyutasını mənimsəməkdə təqsirləndirilən şəxsə 2 milyon 500 min lari girov qərarı verilibbackend

İvanişvilinin kriptovalyutasını mənimsəməkdə təqsirləndirilən şəxsə 2 milyon 500 min lari girov qərarı verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvilinin kriptovalyutasını mənimsəməkdə təqsirləndirilən birgə investisiya fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili barəsində həbs qətimkan tədbiri olaraq 2 milyon 500 min lari girov qərarı verilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Həmçinin onun işin istintaqı başa çatana qədər ölkədən çıxışına qadağa qoyulub, Gürcüstan və Rusiya pasportlarını istintaq orqanına təhvil vermək tapşırılıb.

Qərarı bu günlərdə Tbilisi şəhər məhkəməsinin hakimi Tamar Mçedlişvili elan edib.

Məlumat üçün bildirək ki, prokurorluq qabaqlayıcı tədbir kimi 3 milyon lari istifadə olunmasını tələb edib. Təqsirləndirilən şəxsin özü Giorgi Baçiaşvili prosesdə bildirib ki, o, heç vaxt cinayət törətməyib və onun niyə bu prosesdə olması ona aydın deyil. Xüsusilə, prokurorluğun məlumatına görə, Baçiaşvili sərmayə qoyulmuş investisiyadan tam mənfəət müqabilində investora cəmi 536 900 ABŞ dolları verib və investora məxsus qalan 8 253,13 bitkoini qanunsuz olaraq mənimsəyib və dəyəri 39 215 820 ABŞ dolları təşkil edib.