Avropa İttifaqı (Aİ) qurumları Ukraynaya yardım etmək və öz ehtiyatları üçün sursat istehsalını artırmaq məqsədilə müdafiə sənayesi şirkətlərinə qrant olaraq veriləcək 500 milyon avro ayırmağa razılaşıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Sursat İstehsalına Dəstək Qanunu” adlanan hüquqi tənzimləmə quruda yerləşən artilleriya sursatları və raketlərin istehsalı potensialının inkişaf etdirilməsi üçün Aİ büdcəsindən 500 milyon avro ayrılmasını nəzərdə tutur.
Aİ-nin maliyyə dəstəyi Avropadakı müdafiə sənayesi şirkətlərinə qrant kimi veriləcək.
Aİ qanunvericiliyinin iyulun sonundan əvvəl qüvvəyə minməsi gözlənilir.
Rusiya ilə döyüşən Ukrayna uzun müddət silah və xüsusilə sursat dəstəyini artırmaq istəyirdi. Aİ ölkələrinin liderləri mart ayında Ukraynaya silah-sursat yardımını təcili artırmaq barədə razılığa gəliblər və Ukraynaya 1 milyon döyüş sursatı, ilk növbədə 155 millimetrlik artilleriya sursatının göndərilməsi planlaşdırılırdı.






