Türkiyə əhali sayına görə dünyada 18-ci yerdədirbackend

Türkiyə əhali sayına görə dünyada 18-ci yerdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

85 milyon 279 min 553 nəfər əhalisi olan Türkiyə əhalisinin sayına görə 194 ölkə arasında 18-ci yerdədir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

1989-cu ildə dünya əhalisinin 5 milyard nəfərə çatdığı tarix olan “11 iyul 1987-ci il” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən “Ümumdünya Əhali Günü” kimi qəbul edilmişdir.

Bu əlamətdar gündə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) hər il əhalinin diqqətini mühüm məsələlərə yönəltməklə əhali və inkişaf problemləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir.

Türkiyə dünya əhalisinin 1,1 faizini təşkil edir.

Türkiyədə uşaq əhalisinin nisbətinin yüzdə 26,5 ilə dünya uşaq əhalisinin ortalamasının altında qaldığı müşahidə edilib.