Qadını zorlayan şəxsə ağır cəza verildibackend

Qadını zorlayan şəxsə ağır cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirləndirilən Namiq Quliyevə (şərti) hökm oxunub.

İnterpress.az-ın əməkdaşı xəbər verir ki, məhkəmənin hökmünə əsasən, o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə 11 iyul 2022-ci ildə, saat 22 radələrində Salyan rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Namiq Quliyev sərxoş halda həmyerlisi Nəsibə Əliyevanın (şərti) yaşadığı mənzilə gələrək onu zorlayıb.
Daha sonra qadının şikayəti əsasında Namiq həbs edilib.