Pakistanda aramsız leysan yağışları nəticəsində iyunun 25-dən bu yana 14-ü uşaq olmaqla 50 nəfər həyatını itirib, 87 nəfər isə yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Musson yağışları ölkə daxilində həyata mənfi təsir edib.
İyunun 25-dən bəri Pəncab əyalətində güclü yağışlar nəticəsində 10-u uşaq olmaqla 34 nəfər, Hayber Paxtunxva əyalətində isə 4-ü uşaq olmaqla 10 nəfər ölüb.
Bəlucistan əyalətində 5 nəfər, Azad Cammu Kəşmirdə isə 1 nəfər ölüb.
İyunun 25-dən bu yana ölkədə yağan yağışları nəticəsində 14-ü uşaq olmaqla ümumilikdə 50 nəfər ölüb, 87 nəfər yaralanıb.
Davam edən yağışlar nəticəsində 60-dan çox evə ziyan dəyib.
Hər il iyun-sentyabr aylarında baş verən musson yağışları Pakistana böyük ziyan vurur.