Almaniyada uşaq və ya hamilə qadınların olduğu avtomobillərdə siqaret çəkilməsi qadağan edilirbackend

Almaniyada uşaq və ya hamilə qadınların olduğu avtomobillərdə siqaret çəkilməsi qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada uşaqları və ya hamilə qadınları olan avtomobillərə siqaret çəkməyə qadağa qoyulması planlaşdırılır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya Səhiyyə Naziri Karl Lauterbach, cəmiyyətdə uşaqların və hamilə qadınların daha çox qorunmasına ehtiyac olduğunu bildirib və avtomobil sürərkən uşaq və hamilə qadınların olduğu zaman siqaret qadağasının tətbiq edilməsinin zəruri olduğunu söyləyib.

Artıq Almaniya Səhiyyə Nazirliyi də uşaq və hamilə qadınların olduğu avtomobillərdə siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

Layihə digər nazirliklərlə məsləhətləşdikdən sonra Nazirlər Şurasında müzakirəyə çıxarılacaq.