“Threads”a 70 milyon istifadəçi qatıldıbackend

“Threads”a 70 milyon istifadəçi qatıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Facebook, Instagram və WhatsApp-ın sahibi Meta-nın Twitter-ə rəqib olan yeni sosial media platforması Threads-in bu günədək abunəçi sayı 70 milyona çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meta şirkətinin baş icraçı direktoru (CEO) Mark Zukerberq platformaya üzv olan istifadəçilərin sayı ilə bağlı son məlumat verib.

O, Threads-də 70 milyon istifadəçinin qeydiyyatdan keçdiyini bildirib.

Bildirilib ki, Threads istifadəçilərinin sayının sürətlə artması istifadəçilərin Instagram hesabları vasitəsilə platformaya daxil ola bilməsi baxımından təsirli olub.

Qeyd edək ki, Meta çərşənbə günü Twitter-ə rəqib olan yeni sosial media platforması Threads-i istifadəyə verib.

Yeni platformada simvol limitinin 500 olduğu bildirilən açıqlamada linklərin, fotoşəkillərin və 5 dəqiqəlik videoların da paylaşıla biləcəyi qeyd edilib.