Batumidə dənizdə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Meyit məhkəmə-tibb bürosuna təhvil verilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yaxınlarının verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmənin meyiti Qonio yaxınlığında dənizdə tapılıb.
Mövcud məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir neçə nəfəri saxlayıb.
Məlumata görə, üç gün əvvəl 4 yeniyetmə üzgüçülük deyilən “banan”la dənizə aparılıb. Yaxınlarının sözlərinə görə, onlardan üçü sahilə çıxa bilib, 16 yaşlı Luka Abuladze isə dənizdə itib.