Yaponiyada güclü yağışlar: on minlərlə insan təxliyə çağırışı edirbackend

Yaponiyada güclü yağışlar: on minlərlə insan təxliyə çağırışı edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın cənub-qərb əyalətlərində güclü yağışlardan sonra on minlərlə insan təxliyəyə çağırılıb, 1 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya hökuməti ölkənin cənub-qərb əyalətlərində leysanların rekord həddə çatmasından sonra vətəndaşlara müraciətini yeniləyib.

Fukuokada yağışlar nəticəsində torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb. Cənub-qərb bölgəsində on minlərlə insanın təxliyəsi tələb olunub.

Fukuoka və Oitada qapalı qalan 3 nəfərin axtarışları davam edir.

Xirosima və Kumamoto da daxil olmaqla cənub-qərb əyalətlərindəki bir çox stansiyaları əhatə edən Sanyo və Kyushu yüksək sürətli qatar xətlərində xidmətlər müvəqqəti olaraq dayandırılıb.

Leysan yağışların Yapon dənizi (Şərq dənizi) regionuna keçəcəyi qeyd edilib, sürüşmə və çayların daşması ilə bağlı xəbərdarlıq edilib.

Şərqi Asiya ölkəsi Yaponiyada yağış mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir.