Bu əraziyə 11 ildən sonra qar yağıbbackend

Bu əraziyə 11 ildən sonra qar yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrikanın ən böyük şəhəri və iqtisadi paytaxtı Yohannesburqa 2012-ci ildən bəri ilk dəfə qar yağıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Həftə sonundan etibarən qışın ən soyuq günlərini yaşayan Cənubi Afrika Respublikasının Şərqi Cape başda olmaqla Cənub yarımkürəsinin bəzi bölgələrində qar yağışı təsirli olub.

Yohannesburqa bu gün səhər saatlarından qar yağıb.

Qarın çox nadir düşdüyü Yohannesburqda şəhər sakinləri 11 ildən sonra gördükləri yağışdan həzz alıblar.

Cənubi Afrika Meteorologiya Xidmətindən (SAWS) verilən açıqlamaya görə, mənfi hava şəraiti həftə boyu davam edəcək.