Əhalisi ən çox yemək yeyən ölkələr – ARAŞDIRMAbackend

Əhalisi ən çox yemək yeyən ölkələr – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oksford Universitetində aparılan araşdırmada Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin gündəlik kalori istehlakına görə hazırlanan sıralamada ölkələrin yüzdə 94-ünün tövsiyə olunan miqdardan çox qida istehlak etdiyi müşahidə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hər iki cins üçün gündə 2 min 500 kalori tövsiyə olunur.

İstifadə olunmuş məlumatlar ölkələrdə hər bir ev təsərrüfatlarının aldığı ərzaq məhsullarının orta məbləği əsasında hesablanmışdır.

Siyahının ilk 5-liyində 4 min 12 kalori ilə Bəhreyn, 3 min 868 kalori ilə ABŞ, 3 min 850 kalori ilə İrlandiya, 3 min 824 kalori ilə Belçika, 3 min 762 kalori ilə Türkiyə, Mərkəzi Afrika Respublikası isə ilk 5-likdədir. 1641 kalori ilə siyahının sonundadır.

Araşdırma həmçinin müəyyən edib ki, siyahıya başçılıq edən Bəhreyndə hər 10 yaşlıdan 4-ü piylənmədən əziyyət çəkir.

Türkiyə ən çox kalori istehlak edən 5-ci ölkədir

Türkiyəni orta hesabla 3762 kalori ilə 5-ci sırada tutan araşdırmada həddindən artıq qida istehlakının qeyri-məhsuldar yuxu rejimi, uzun müddətli iş, işıq çirkliliyinə məruz qalma və stresli həyat sürmək kimi səbəblərdən qaynaqlandığı vurğulanıb.

Araşdırmada həddindən artıq qida istehlakının piylənmənin ilk səbəbi olduğu və 1970-ci ildə dünya üzrə 175 milyon olan xəstələrin sayının bu gün 1 milyarda çatdığı qeyd edilib.

Piylənmə nisbətlərinin artması təhlükəsinə diqqət çəkən araşdırmada sözügedən xəstəliyin hipertoniya, ürək xəstəlikləri, Alzheimer və digər sağlamlıq problemlərinə səbəb ola biləcəyi ifadə edilib.

Bildirilib ki, yeməyin kalorisi günü-gündən artsa da, qida elementləri azalır və nəticədə insanlar daha faydalı qidalar almaq üçün daha çox yeməyə başlayır.

Araşdırmanın məlumatları Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) əldə edilib.