Araşdırmaya görə, iqlim böhranının səbəb olduğu rekord temperaturların yaşandığı 2022-ci ilin yayında Avropada isti havadan 61 mindən çox ölüm qeydə alınıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bir qrup beynəlxalq ictimai səhiyyə eksperti Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarından istifadə edərək araşdırma hazırlayıb.
Araşdırmada Eurostat-ın 30 May-4 Sentyabr 2022-ci il tarixləri arasında Avropanın 35 ölkəsində qeydə alınan isti hava ölüm məlumatları araşdırılıb.
Bildirilib ki, anomal yüksək temperaturun müşahidə olunduğu, şimaldan daha isti və yayın ən isti günlərində müşahidə olunan Cənubi Avropada ölüm hallarının sayı artıb.
Araşdırmaya görə, 2022-ci ilin yayında Avropada orta temperatur əvvəlki 30 ilin ölçülərini üstələyib, yalnız ən yüksək temperaturun yaşandığı 18-24 iyul tarixlərində 11 min 637 nəfər ölüb.
30 may – 4 sentyabr 2022-ci il tarixləri arasında Avropada istiliklə bağlı səbəblərdən 61 min 672 nəfər ölüb; Ən çox ölüm İtaliya, Yunanıstan, İspaniya və Portuqaliyada baş verib.
Ölənlərin yalnız kiçik bir hissəsi istilik vurması nəticəsində baş verib. Çox vaxt isti hava orqanizmin ürək və ağciyər xəstəlikləri kimi mövcud sağlamlıq problemləri ilə məşğul olmasına mane olur və bu da ölümlə nəticələnirdi.






