“Microsoft”un “Activision”u alması qarşısındakı maneə aradan qaldırıldıbackend

“Microsoft”un “Activision”u alması qarşısındakı maneə aradan qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Ticarət Komissiyasının (FTC) Microsoft-un kompüter oyunları şirkəti Activision Blizzard-ı almasına mane olmaq üçün müraciət etdiyi məhkəmə Microsoft-un lehinə qərar verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

San-Fransiskodakı federal məhkəmə Microsoft-un Activision-ı 69 milyard dollara satın alması ilə bağlı razılaşmanın planlaşdırıldığı kimi davam edə biləcəyinə qərar verib.

Məsələni şərh edən Microsoft-un prezidenti Bred Smit sürətli qərara görə məhkəməyə minnətdar olduqlarını bildirib: “Biz bu proses boyu ardıcıl şəkildə nümayiş etdirdiyimiz kimi, tənzimləyici problemləri həll etmək üçün birgə işləməyə sadiqik”.

Keçən ay FTC, Microsoft texnologiya şirkətinin kompüter oyunları şirkəti Activision Blizzard-ı satın almasının qarşısını almaq üçün müvəqqəti həbs qətimkan tədbiri və qərar üçün məhkəməyə müraciət edib.

Ərizədə Microsoft-un Activision-ı almasına icazə veriləcəyi təqdirdə bazarda rəqabətin pisləşəcəyi ilə bağlı narahatlıqların olduğu bildirilib.

Aİ satınalmanı təsdiqləyib, Böyük Britaniya onu bloklayıb.

Xbox oyun sisteminin istehsalçısı olan Microsoft, 2022-ci ilin yanvar ayında “Call of Duty” və “World of Warcraft” kimi oyunların istehsalçısı Activision Blizzard-ı təxminən 69 milyard dollara almaq planını açıqlayıb.

Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) 2022-ci ilin sentyabrında sövdələşmənin nəzərdən keçirilməsinə başladı və Microsoft və Activision Blizzard arasındakı razılaşmanın bulud oyunları bazarının gələcəyini dəyişdirəcəyi ilə bağlı narahatlıqlarını əsas gətirərək bu ilin aprelində alışı bloklayıb.

Avropa İttifaqı (Aİ) rəqabət araşdırmasını tamamladı və Microsoft-un Activision Blizzard-ı almasını təsdiqləyib.

Aİ-nin təsdiqi üçün Microsoft, Avropa istehlakçılarına Activision-un oyunları üçün 10 illik pulsuz bulud oyun xidmətləri təqdim etməyi öhdəsinə götürüb.