Gürcüstan Parlamentinin sədr müavini Davit Sergeenko parlamenti tərk edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Artıq Milli Məclisin Prosedur və Reqlament komitəsinin iclası çağırılıb və orada Sergeenkonun parlament üzvü kimi mandatına vaxtından əvvəl xitam verilməsi məsələsini müzakirə edəcəklər.
İyulun 14-də komitənin iclası keçiriləcək.






