“Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan necə oldu ki, ərazi bütövlüyümüzü tanıdı?- Şərhbackend

“Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan necə oldu ki, ərazi bütövlüyümüzü tanıdı?- Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev iyulun 11- də cari ilin ilk altı ayı ilə bağlı keçirdiyi müşavirədə bir sıra məsələlər barədə danışdı. Dövlət başçısı, həmçinin Ermənistanla münasibətlərə də toxundu. Ölkə rəhbəri qeyd etdi ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Prezident son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmasların sülh anlaşmasına daha da yaxınlaşmaq məqsədi güddüyün nəzərə çatdırdı.

Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paşinyan artıq bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Əlbəttə, bu, asan başa gəlməyib. Məhz rəsmi Bakının hərbi – siyasi səyləri nəticəsində Ermənistan reallığı anlamalı olub.

Rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması heç də bu dövlətin humanistliyi kimi başa düşülməməlidir. Unutmaq olmaz ki, Paşinyan hakimiyyətinin ilk illərində “Qarabağ Ermənistandır, nöqtə” kimi sərsəm bəyanat səsləndirmişdi. Ötən illər ərzində Paşinyanın bu ritorikasının dəyişməsinin əsas səbəbi məhz Azərbaycanın sərrast addımları olub.

Təsadüfi deyil ki, Ermənistan rəsmiləri, o cümlədən Paşinyan getdikcə daha loyal açıqlamalar verirlər. Hərçənd hələ də həllini tapmamış məsələlər var. Bəyanatlar artıq əməli addımlarla, konkret sənədlərlə təsdiqlənməlidir. Daha danışmaq yox, ciddi addım atmaq lazımdır. Vaxt yetişib. İnanmaq olar ki, Azərbaycan uğurlu xarici siyasəti nəticəsində buna da nail olacaq.

Paşinyan 44 günlük müharibənin ağır nəticələrini unutmamalı və necə deyərlər, papağını qarşısına qoyub düşünməlidir. Əgər diplomatiya nəticə verməsə, biz hərbi yolu da tətbiq edə bilərik. Bu isə rəsmi İrəvan üçün yaxşı nəsə vəd etmir.

Kənan Novruzov
İnterpress.az