İlon Maskın “Twitter”i satın almasından sonra işdən çıxarılan minlərlə işçiyə ən azı 500 milyon dollar təzminat ödənilə bilər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Amma şirkətin təzminatı ödəməkdən imtina etdiyi iddia olunub.
Yanvar ayında işdən qovulmazdan əvvəl Twitter-in işçilərinə müavinət proqramlarına nəzarət edən Kortni Makmillian San-Fransisko federal məhkəməsində kollektiv iddia qaldırıb.
Twitter tərəfindən 2019-cu ildə yaradılan işdən çıxarılma planına əsasən, işçilərin əksəriyyətinə iki aylıq əsas maaş və işdən çıxarıldığı təqdirdə hər tam xidmət ili üçün bir həftəlik maaş vəd edilib.
Xatırladaq ki, oktyabr ayında Musk şirkəti satın aldıqdan sonra Twitter, xərcləri azaltmaq üçün işçi qüvvəsinin yarıdan çoxunu işdən çıxardı.






