Ukrayna-Polşa sərhədini saxta sənədlərlə keçməyə çalışan Gürcüstan vətəndaşı tutulubbackend

Ukrayna-Polşa sərhədini saxta sənədlərlə keçməyə çalışan Gürcüstan vətəndaşı tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada Ukrayna-Polşa sərhədini saxta sənədlərlə keçməyə çalışan Gürcüstan vətəndaşı tutulub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Yoxlama üçün təqdim edilən sənədlərdən biri sürücülük vəsiqəsi olub və guya Gürcüstan hakimiyyəti tərəfindən verilib. Sərhədçilər onun həqiqiliyinə şübhə ediblər. Xüsusi cihazlarla aparılan təhlillər əsasında məlum olub ki, sürücülük vəsiqəsi saxtadır”, – deyə sərhəd xidmətinin serjantı Emiliya Sidor bildirib.

Saxlanılan şəxs günahını etiraf edib O, 1 il şərti cəza alıb, 4 ay həbsdə qalacaq.

Polşa sərhəd xidmətinin məlumatına görə, 2023-cü ilin əvvəlindən sərhəddə saxta sənədlə 270 nəfər aşkarlanıb, onlardan 80-nin saxta sürücülük vəsiqəsi olub.