Cənubi Koreya və ABŞ B-52H strateji bombardmançı təyyarəsinin iştirakı ilə birgə hava təlimi keçirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, təlimin Cənubi Koreya və ABŞ-ın birgə əməliyyat imkanlarını təkmilləşdirdiyi bildirilib.
Açıqlamada Koreya yarımadasında keçirilən təlimdə Cənubi Koreyanın F-15K döyüş təyyarələrindən istifadə etdiyi, ABŞ-ın isə F-16 təyyarələri ilə təlimə qatıldığı bildirilib.
Əməliyyatda ABŞ-ın B-52H strateji bombardmançı təyyarəsinin də iştirak etdiyi vurğulanan bu təlim ABŞ-ın üzərinə götürdüyü “genişləndirilmiş çəkindirmə” öhdəliyini yerinə yetirmək əzmini göstərib.
Bəyanatda Cənubi Koreya-ABŞ ittifaqının “əzici” gücündən istifadə edərək sülhün bərqərar olmasına davam edəcəyi vurğulanıb.
Qeyd olunur ki, birgə hava təlimi Şimali Koreyanın dünən həyata keçirdiyi ballistik raket sınağına cavab olaraq keçirilib.
Şimali Koreyanın ballistik raket sınağı
Cənubi Koreya Baş Qərargahının bəyanatında Şimali Koreya dünən yerli vaxtla saat 10:00 radələrində paytaxt Pxenyandan Yapon dənizi istiqamətində “uzun mənzilli ballistik raket” atdığını açıqlayıb.
Prezident Yoon Suk-yeol Milli Təhlükəsizlik Şurasının (MTŞ) fövqəladə iclasında bildirib ki, ballistik raket sınaqları keçirən Şimali Koreyaya “pul ödəniləcək”.
Yaponiya Müdafiə Nazirliyi raketin Hokkaydo adasının şimalında və Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda 250 kilometr aralıda düşdüyünü açıqlayıb.






