İtaliyanın cənubundakı Kataniya şəhərindəki Vinçenso Bellini Beynəlxalq Hava Limanında gecə saatlarında baş verən yanğın səbəbindən uçuşlar iyulun 19-dək dayandırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, dünən gecə Kataniya hava limanında hələ naməlum səbəbdən yanğın baş verib.
Yanğın yanğınsöndürənlərin köməkliyi ilə söndürülüb.
Hadisə zamanı ölən və yaralananların olmadığı, yanğın zamanı hava limanında sərnişinlər arasında təşviş yaşandığı bildirilib.
“Kataniya Vincenzo Bellini Hava Limanı A Terminalının birinci mərtəbəsinin bəzi hissələrində 4 komandanın iştirak etdiyi yanğına cavab bu səhər saat 05:40-da başa çatdı. Hava limanı sərnişin axınına bağlanıb”, – məlumatda qeyd edilib.