Fəhlələri daşıyan mikroavtobus aşıb: 24 yaralı varbackend

Fəhlələri daşıyan mikroavtobus aşıb: 24 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Aksarayda fındıq biçini üçün Şırnakdan yola düşən işçiləri daşıyan mikroavtobus aşıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Baş verən qəzada 4-ü ağır olmaqla 24 nəfər yaralanıb.

Fındıq biçini üçün Şırnakdan Düzceyə gedən fəhlələri daşıyan Hüseyn Çətinin idarə etdiyi mikroavtobus idarəetmədən çıxaraq baryerlərə çırpılıb, daha sonra şarampole aşıb.

Hurdaya düşən vasitədə olan sürücü Çətin və 23 nəfər yaralanıb. Yaralılar sağlamlıq qrupları tərəfindən Nevşehir və Niğde xəstəxanalarına aparılıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.