İtaliyada istilər xəbərdarlıq edilən şəhərlərin sayı artıbbackend

İtaliyada istilər xəbərdarlıq edilən şəhərlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Səhiyyə Nazirliyi ölkəyə təsir edən istilər səbəbindən “qırmızı” həyəcan siqnalı elan edilən şəhərlərin sayını artırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dörd rəng kateqoriyasında hava istiliyində risk səviyyəsini təyin edən Səhiyyə Nazirliyi, ən yüksək risk mənasını verən qırmızı kateqoriyadakı şəhərlərin sayını dünənlə müqayisədə 1 artıraraq 17-yə çatdırıb.

Nazirlik hava istiliyində rekordların qırılacağına dair proqnozlara görə sabah üçün 20 şəhərdə qırmızı həyəcan siqnalı verib və 19 iyul çərşənbə günü 23 şəhəri qırmızı kateqoriyaya daxil edib. Beləliklə, ölkənin 27 böyük şəhərindən 23-də havanın temperaturu ilə bağlı həyəcan siqnalı maksimum həddə çatıb.

Səlahiyyətlilər həddindən artıq istilərin təkcə yaşlılar, uşaqlar, xəstələr və həssas qruplar üçün deyil, bütün əhali üçün təhlükə yaratdığı barədə xəbərdarlıq edərkən, ən isti saatlarda saat 11:00-18:00 arasında küçəyə çıxmamağı tövsiyə ediblər.

Bu həftə qərbdəki Sardiniya adasında temperaturun 47-48 dərəcəyə, cənub Siciliya adasında 45-46 dərəcəyə, cənub-şərqdəki Puglia bölgəsində isə 45 dərəcəyədək yüksələcəyi təxmin edilir.

Nazirliyin qırmızı kateqoriyasında yer aldığı paytaxt Romada bu gün havanın temperaturu 40 dərəcəyə çatıb.

Romanın görməli yerlərindən olan tarixi Kolizeyi görməyə gələn ziyarətçiləri sərinləmək üçün skamyaların olduğu yerlərdə böyük ventilyatorların qoyulduğu görülüb.

Turistlər xüsusilə şəhərin küçə və meydanlarındakı fəvvarələrdə su almaq üçün uzun növbələr yaradarkən, bəzi ziyarətçilər şəhərin tarixi meydanlarındakı fəvvarələrdə üzlərini yuyaraq sərinləməyə çalışıblar.

Bildirilir ki, paytaxt Romada hava istiliyinin sabah 43 dərəcə ilə bu ilin ən yüksək səviyyəsinə çatacağı gözlənilir.