Rusiyalı yazıçı onun Gürcüstana girişinə qadağa qoyulduğu üçün məhkəməyə müraciət edibbackend

Rusiyalı yazıçı onun Gürcüstana girişinə qadağa qoyulduğu üçün məhkəməyə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı yazıçı və publisist Viktor Şenderoviç onun Gürcüstana girişinə qadağa qoyulması qərarına görə apellyasiya şikayəti verir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiyalı yazıçının vəkili Mariya Arxipovanın sözlərinə görə, Gürcüstanın sərhəd polisi onun müvəkkilinin əvvəllər dəfələrlə Gürcüstanda olmasını, həmçinin planlaşdırılan konsertlərə biletlərin artıq satıldığını nəzərə almayıb.

“Gürcüstanın Daxili İşlər Nazirliyi səbəbləri izah etmədən məni ölkəyə buraxmadı, bu səbəbdən Tbilisi və Batumidə iki çıxışım təxirə düşdü. Mən Gürcüstanın şərəfli dövlətinə bu səhvi düzəltmək üçün ikinci şans vermək qərarına gəldim – və məhkəməyə verdim”, – Viktor Şenderoviç bildirib.