Polşanın Bitom şəhərində 4 gürcü azyaşlılara cinsi təcavüz ittihamı ilə saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
KİV-in məlumatına görə, insanlar təqsirləndirilən şəxsləri mühasirəyə alaraq onların cəzalandırılmasını tələb ediblər.
Münaqişə zamanı hüquq-mühafizə orqanları həmin şəxsləri tutmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.
“Dörd gürcü kişi 11-13 yaşlı qızlara cinsi təcavüz edib, narahat olan insanlar şübhəlilərə hücum edib. Təhlükəsizlik qüvvələri kişiləri hovuzdan çıxararaq polisə zəng edib. Həbs edilən gürcü kişilər 18-41 yaş arasındadır”, – Polşa mediası yazıb.