İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Xorasan Böhran İdarəetmə Meneceri Qulam Rıza Şefik mövzu ilə bağlı məlumat verib:
“300 mikroqram/kubmetri keçən hava çirkliliyi səbəbiylə bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırıldı”.
Məşhəd şəhərində havanın çirklənməsinin artması ilə əlaqədar dövlət müəssisələri və məktəblər bağlanıb.
Rezevi Xorasanının Ətraf Mühitin Mühafizəsi üzrə direktoru Mehdi Divinepur bildirib ki, toz fırtınası səbəbindən Məşhəddə havanın çirklənməsi 236 mikroqram/kubmetr səviyyəsindədir.
İran rəsmisi insanları, xüsusən də ürək və tənəffüs yolu xəstəlikləri olanları məcburi olmadıqca evdən çölə çıxmamağa çağırıb.
Məşhəd hava çirkliliyi ilə bağlı təcili işçi qrupu da şəhərdə dövlət qurumlarının və məktəblərin bağlandığını açıqlayıb.
Hava keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilmişdir:
0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).