Təbii fəlakət Kaxetinin iki bələdiyyəsinə ziyan vurubbackend

Təbii fəlakət Kaxetinin iki bələdiyyəsinə ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii fəlakət Kaxetinin iki bələdiyyəsinə ziyan vurub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ğvareli və Laqodexi sakinləri səhər saatlarından zərəri hesablayırlar.

Ğvarelinin Kindzmaruli ərazisində hektarlarla üzüm bağlarına ziyan dəyib. Fermerlərin sözlərinə görə, məhsulun 80 faizi məhv olub. Üzüm bağlarından əlavə birillik əkinlər, o cümlədən qarpız və yemiş bağları doluya məruz qalıb.

Laqodexinin bir neçə kəndində külək evlərin damını qoparıb. 60-dan çox evin dam örtüyünə ziyan dəyib. Elektrik dirəkləri yerindən çıxıb.

Yerli hökumət nümayəndələri fəlakət bölgəsindədir. Onların sözlərinə görə, xüsusi komissiya artıq bu gün səhər saatlarında işə başlayıb və dəymiş ziyan hesablanacaq.