Litva 135 Rusiya vətəndaşının oturumunu ləğv edibbackend

Litva 135 Rusiya vətəndaşının oturumunu ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvada yaşayan 135 Rusiya vətəndaşının daimi yaşama icazəsi ölkənin İmmiqrasiya Xidmətinin apardığı sorğulara əsaslanaraq ləğv edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Litva İmmiqrasiya Xidməti mümkün milli təhlükəsizliyə təhdidləri qiymətləndirmək üçün ölkədə yaşayan ruslara sorğular göndərib.

Sözügedən sorğularda Krımın hansı ölkəyə aid olduğu və Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikirlərini harada ifadə etdikləri ilə bağlı suallar yer alıb.

İmmiqrasiya Administrasiyasının məlumatına görə, ötən il 38, bu il isə 97 Rusiya vətəndaşının yaşama icazəsi sorğu anketlərinə verdiyi cavablara görə ləğv edilib.

Rəhbərlik Ukrayna-Rusiya müharibəsinin başladığı 2022-ci ildə yaşayış icazəsi üçün müraciət edən Rusiya vətəndaşlarının sayının əvvəlki ilə nisbətən iki dəfə artaraq 4 minə çatdığını bildirib.

Litva parlamenti Rusiyanı “terror dövləti” elan etməyə çağırıb

Litva Parlamenti (Seym) martın 21-də yekdilliklə digər ölkələri Rusiyanı “terrorçu dövlət” elan etməyə çağıran qətnamə qəbul edib.

Qətnamədə Rusiyanın Ukraynada “müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və ya soyqırımlara görə məsuliyyət daşıması” və xüsusi beynəlxalq cinayət məhkəməsinin yaradılması təklifi yer alıb.

Litva Parlamenti 2022-ci ilin mayında Rusiyanı terrorçu ölkə elan edib və onun Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb.