Fransada Milli Assambleya iyunun 27-də Nael M.-nin polis tərəfindən öldürülməsindən sonra baş verən iğtişaşlar zamanı dağılmış binaların bərpası və təmirini sürətləndirmək üçün qanun layihəsini qəbul edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransalı deputatlar Baş Assambleyada Nael M. adlı gəncin polis gülləsi ilə öldürülməsinin ardınca baş verən ictimai hadisələrdə dağılan binaların yenidən qurulması və təmirini sürətləndirmək üçün qanun layihəsini müzakirə ediblər.
Qanun layihəsi 87 əleyhinə 260 səslə qəbul edilib.
Qanun layihəsində sözügedən binaların yenidən qurulması və ya təmirinin sürətləndirilməsi üçün hökumətə 3 ay müddətində fərmanla hər cür addımlar atmaq səlahiyyəti verilir.
Qanun layihəsi ilkin formasına uyğun olaraq yenidən tikiləcək binaların tikinti müddətinin azaldılması və tikintiyə icazələrin sürətlə verilməsi məqsədi daşıyır.
Qanun layihəsinə əsasən, hökumət sözügedən binaların yenidən qurulması və təmiri üçün şəhərsalma qanunvericiliyinə riayət etməli olmayacaq.
İyunun 18-də Senatda qəbul edilən qanun layihəsi müzakirə üçün parlamentə göndərilib.
Qanun layihəsi parlamentdə təsdiqləndikdən sonra qanuna çevrilib.
Qanunun qüvvəyə minməsi üçün Rəsmi Qəzetdə dərc edilməlidir.
Fransada qanun layihəsinin nəhayət qəbul edilməsi üçün Parlamentin iki palatası, Milli Assambleya və Senat tərəfindən təsdiqlənməlidir.
Fransada polisin açdığı atəş nəticəsində həyatını itirən Nael M-nin öldürülməsinə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşub.
Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı talan və qarət hadisələri baş verib.
Ölkənin 500-ə yaxın rayonunda keçirilən etiraz aksiyalarında polis bölmələri də daxil olmaqla 1000-ə yaxın bina dağıdılıb.
Hakim qanad hadisələrdə dağılan binaların sürətlə bərpası üçün fövqəladə qanun qəbul edəcəklərini açıqlayıb.