“Sülhməramlıların taleyi Bakı-Ankara ittifaqının mənafeyi və maraqlarından asılıdır”backend

“Sülhməramlıların taleyi Bakı-Ankara ittifaqının mənafeyi və maraqlarından asılıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Ermənistanla Azərbaycan arasında yekun sülhün əldə olunması istiqamətində danışıqların hüquqi tərəfidir. Başda Rusiya olmaqla, beynəlxalq birliyin heç bir üzvü bu geosiyasi gerçəkliyi dəyişdirə bilməz”.

Bu fikirləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.

Natiq Çıraqzadə qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ötən gün yaydığı bəyanat, Kremlin məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxarılmasına dair açıqlamasından qıcıqlanması ilə əlaqədardır:

“Azərbaycan Ordusunun şücaəti hesabına işğal altından azad olunan torpaqlarımızda müvəqqəti yerləşdirdiyimiz Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki gələcək taleyi məhz Bakı-Ankara ittifaqının mənafeyi və maraqlarından asılıdır. Rəsmi Moskvanın, Azərbaycanın haqq mübarizəsində qardaş Türkiyəni siyasi güc mərkəzi kimi oyundan çıxdaş etmək niyyəti sadəcə rus şovinistlərinin inanacağı gülünc manipulyasiya cəhdindən başqa bir şey deyil. Rusiya XİN-in bu tipli qeyri-ciddi açıqlamalarına ən tutarlı cavab 15 iyun 2021-ci il Şuşa Bəyannaməsidir”