Çinli haker qrupu ABŞ səfirinin elektron poçtunu sındırıbbackend

Çinli haker qrupu ABŞ səfirinin elektron poçtunu sındırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Storm-0558” haker qrupunun kəşfiyyat məlumatı toplamaq məqsədi ilə ABŞ-ın Pekindəki səfiri Nikolas Börns və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə müavini Daniel J. Kritenbrinkin elektron məktublarını ələ keçirdiyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sözügedən hadisənin Microsoft və Ağ Evin Çini günahlandırdığı “ABŞ-dakı qurumların e-poçtlarına edilən kiber hücum” çərçivəsində olduğu bildirilib.

Bildirilib ki, “Fırtına-0558” olaraq da bilinən Çin mərkəzli haker qrupu ABŞ-ın Pekindəki səfiri Börns və ABŞ dövlət katibi Antoni Blinkenin və bir müddət əvvəl kəşfiyyat məlumatı toplamaq məqsədi ilə Çinə səfər edən müşavirin müavini Kritenbrinkin e-poçt hesablarını hədəfə alıb.

Qrupun sındırdığı elektron poçt hesabları vasitəsilə ABŞ-ın daxili siyasət məsləhətləşmələri və ölkənin yüksək səviyyəli rəsmilərinin Çinə son səfərləri ilə bağlı məlumatlara daxil ola biləcəyi iddia edilib.

Ağ Ev və Microsoft iyulun 12-də ABŞ qurumlarını hədəf alan kiberhücum olduğunu və hücumun Çinli hakerlər tərəfindən həyata keçirildiyini açıqlayıb.