ABŞ-da zibildən çıxardığı kartofu müştərilərə satan işçi işdən qovulubbackend

ABŞ-da zibildən çıxardığı kartofu müştərilərə satan işçi işdən qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Cənubi Karolina ştatında fast food şəbəkəsinin menecer köməkçisi Ceymi Meycor zibil qutusundan çıxardığı kartofu satması ilə bağlı iddialardan sonra şirkət tərəfindən işdən çıxarılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İyulun 9-da Union Polis Departamentinin polisi şikayətdən sonra Cənubi Karolinadakı fast food şəbəkəsinə gedib.

Saxlanılan şəxs 20 min dollar girov ödənildikdən sonra sərbəst buraxılıb.

Ceymi Meycorun yerli hökumət tərəfindən işdən çıxarıldığı ifadə edilib.

Burger King şirkətinin nümayəndəsi qeyd edib ki, iddialar brendin keyfiyyətli məhsul və xidmətlər təqdim etmək anlayışına ziddir.

İttihamlar sübuta yetirilərsə, Ceymi Meycoru 20 ilə qədər həbs cəzası gözləyir.