Əlcəzair 7 şəhərdə meşə yanğınları ilə mübarizə aparırbackend

Əlcəzair 7 şəhərdə meşə yanğınları ilə mübarizə aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzairin şimalındakı Tipaza, Buveyra (Bouira), Bicaya (Bejaia), Mustağanim, Setif, Skikda və Cicil (Jijel) şəhərlərində meşə yanğınları baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Buveyra şəhərində yanğına havadan da müdaxilə edildiyi, bu günə qədər can itkisinin yaşanmadığı, lakin xalqın yenə də diqqətli olması lazım olduğu açıqlanıb.

Əlcəzair səlahiyyətliləri həftələrdir davam edən isti dalğasının meşə yanğınlarına səbəb ola biləcəyi ərəfəsində yüksək həyəcan vəziyyətinin işə salındığını qeyd edib.

Təxminən bir aya yaxındır ki, Əlcəzairdə paytaxtda 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcə rekord temperatur müşahidə edilir.