ABŞ bir ayda ikinci dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərdibackend

ABŞ bir ayda ikinci dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın bu ay ikinci dəfə göndərdiyi nüvə sualtı gəmisi USS Annapolis Cənubi Koreyaya çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Cənubi Koreyaya göndərdiyi USS Annapolis sualtı qayığının Ceju adalarına çatdığı açıqlanıb.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sözçüsü Jang Do Young nüvə enerjisi ilə işləyən və adi silahlara da sahib olan USS Annapolis gəmisinin müxtəlif materialları yükləmək üçün Jeju adalarına lövbər saldığını bildirib.

Jang isə ABŞ və Cənubi Koreya hərbi birləşmələrinin sualtı qayıq üçün təlim təşkil edib-etməməsi ilə bağlı müzakirələrini davam etdirdiyini bildirib.

USS Kentucky nüvə sualtı qayığı iyulun 18-də Busan limanına gəlib.

42 ildən sonra ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi USS Kentucky-ni Cənubi Koreya sularına göndərməsi regionda gərginliyi artırıb.

USS Kentucky iyulun 18-də Busan limanında lövbər salıb və 3 günlük səfərdən sonra iyulun 21-də Cənubi Koreya sularını tərk edib.