Somalinin paytaxtı Moqadişoda hərbi təlim bazasına intiharçı hücumu nəticəsində onlarla əsgər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hücumda 25 əsgər həyatını itirib, 60-a yaxın əsgər də yaralanıb.
Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Partlayışla bağlı araşdırmalara başlanılıb.
Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.