Kamerunda uçan binada ölənlərin sayı 16-ya çatıbbackend

Kamerunda uçan binada ölənlərin sayı 16-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Littoral vilayətinin qubernatoru Dieudonne İvaha Diboua dünən çökən 4 mərtəbəli binada ölənlərin sayının 12-dən 16-ya yüksəldiyini, 40 nəfərin yaralandığını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bina dağıntılarında axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Diboua ölənlərin sayının arta biləcəyini də sözlərinə əlavə edib.

Doualanın 5-ci səmtindəki Ndogbong bölgəsində yerləşən 4 mərtəbəli bina, yanındakı kiçik fərdi ev kimi çöküb, çox sayda insan həyatını itirdi və çox sayda insan çökmə altında qalıb.