Avstraliya hökuməti ABŞ-dan 6,6 milyard dollar dəyərində 20 ədəd “C-130 Hercules” tipli hərbi yük təyyarəsi alacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avstraliya müdafiə sənayesi naziri Pat Conroy ölkəsinin hərbi investisiyalarını genişləndirəcəyini və ABŞ-dan ümumi dəyəri 6,6 milyard dollar olan 20 ədəd C-130 Hercules təyyarəsi alacağını açıqlayıb.
Konroy bu çərçivədə ilk təyyarənin 2027-ci ildə təhvil verilməsinin planlaşdırıldığını və bu təyyarələrin Avstraliya Kral Hava Qüvvələrinə (RAAF) aid 12 Hercules tipli təyyarə parkını vaxtında əvəzləyəcəyini bildirib.
Conroy, həmçinin razılaşmanın “donanmanı demək olar ki, iki dəfə artıracağını və RAAF-ın imkanlarını artıracağını” vurğulayaraq, bunun eyni vaxtda bir neçə əməliyyatın aparılmasına imkan verəcəyini qeyd edib.
Maraqlıdır ki, sözügedən razılaşma ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostinin bu həftə Avstraliyaya səfərindən əvvəl baş tutub.






