Gürcüstanda partlayış: 2 nəfər xəsarət alıbbackend

Gürcüstanda partlayış: 2 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Qori şəhərində baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Niko Samadaşvili küçəsində yerləşən yaşayış evlərindən birində qaz balonu alışıb və nəticədə yanğın baş verib.

Qəza nəticəsində iki gənc xəsarət alıb.

Məlumata əsasən, 22 və 25 yaşlı kişilər səthi yanıq xəsarətləri ilə “Qormed” klinikasına yerləşdirilib. Tibb müəssisəsinin kliniki direktoru Xatuna Şrubinin verdiyi məlumata görə, xəstələrə bütün lazımi araşdırmalar aparılıb və onlara müvafiq tibbi yardım göstərilib, hazırda onların hər ikisinin səhhəti stabildir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin Şida Kartli diviziyasının yanğın-xilasetmə dəstələri və polis qüvvələri səfərbər olunub.