Biləcikin Bozüyük rayonunda keramika fabrikində çalışan 65 işçi zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İşçilər müalicələrinin ardından evə buraxılıblar.
Yeni Mahalledə fəaliyyət göstərən keramika fabrikində çalışan işçilər yedikləri yeməkdən sonra ürək bulanması və başgicəllənmə şikayətləri ilə Bozüyük Dövlət Xəstəxanasına müraciət ediblər.
Şikayət üzərinə vəziyyət İl Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyi və İl Sağlamlıq Müdirliyi səlahiyyətlilərinə bildirilib.
Yemək və sudan nümunələr laboratoriyaya göndərilib.
İşçilərin müalicələrinin ardından evə buraxıldığı öyrənilib.