ABŞ Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım ayırıbbackend

ABŞ Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya təqribən 400 milyon dollarlıq əlavə hərbi yardım, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemləri və “Hornet” pilotsuz uçuş aparatı üçün döyüş sursatları göndərəcəyi bildirilir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qeyd edilib ki, “Hornet” hava gəmiləri gözlənilir.

Adının çəkilməsini istəməyən rəsmilər əlavə yardım paketinin təxminən 400 milyon dollar dəyərində olduğunu bildiriblər.

ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 41 milyard dollardan çox hərbi yardım edib.

Bu yaxınlarda, iyulun 19-da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın döyüş meydanındakı ehtiyaclarını dəstəkləmək üçün 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi elan edib.