Buna baxmayaraq bəzi məbuat orqanlarında tələbənin meyitinin tapılıb valideynlərinə təhvil verildiyi qeyd edilib.
İnterpress.az xəbər verir ki, Elnur Babayevin atası jurnalistlərə müraciət edib.
O bildirib ki, bəzi KİV-lər meyitin tapıldığı barədə əsassız məlumat yayıb.
“Jurnalistlər İtaliyada oxuyan oğlum Elnurun faciəsi , meyitinin tapılması haqqında məlumat yayıblar. Hansı mənbələrə istinadən yazdıqlarını bilmirəm. Amma dəqiq məlumatı yaxınlarından öyrənməlidirlər. Mən onun atasıyam, hadisə ayın 2-si olub. Ayın 4-ündən burdayam və işlər görülsə də, hələ ki heç bir nəticə yoxdur. Azərbaycanın tələbələri həmin gündən hadisə yerindən uzaqlaşmırlar, öz köməkliklərini göstərirlər. Lazimi orqanlara müraciətlərini çatdırırlar.
Təəssüf edirəm ki, yanlış məlumatlar yazırlar, Elnurun tapılıb valideynlərinə verildiyi bildirir. Xahiş edirəm, nəyinsə xatirinə bizim hissimizə toxunmasınlar. Burda işlər gedir, səfirlik, konsulluq tərəfindən lazimi işlər görülür. Lakin təəssüf ki, mən istədiyim nəticə yoxdur. Nəticə olanda saytlarda informasiya yerləşdiriləcək. Siz düzgün məlumatı ancaq məndən öyrənə bilərsiniz. Mən Elnurun valideyniyəm. Nəyinsə xatirinə hər şeyi yazmasınlar. Bu nə bizim mentalitetimizə, nə də sizin qələminizə yaraşır. Hansı sayt yalan məlumat yaysa, müvafiq qurumlara müraciət edib tədbir görmələrini xahiş edəcəm. Bizə kömək etmək istəyirsiniz, gözləyin balamız tapılsın sonra məlumat yayarsınız”. (modern.az)
İnterpress.az