Hindistanda leysan yağışları səbəbindən 3 günlük xəbərdarlıq edilibbackend

Hindistanda leysan yağışları səbəbindən 3 günlük xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Telanqana əyalətində güclü yağışlar səbəbindən ştatın şərqində iyulun 28-dək “qırmızı xəbərdarlıq” elan edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistan Meteorologiya Xidməti ölkənin cənubundakı Telanqana əyalətində üç gün fasiləsiz güclü yağışların gözlənildiyini açıqlayıb.

Açıqlamada iyulun 28-dək ştatın şərq rayonlarında “qırmızı həyəcan” elan edildiyi bildirilib.

Ehtiyat tədbiri olaraq, Telangana əyalətində ibtidai, orta məktəb və liseylərin dərs saatlarında müvəqqəti dəyişikliklər edilib.

Ştatın qalan hissəsində isə yağışlarla əlaqədar “narıncı təhlükə” elan edilib.