Əlcəzairdə bütün meşə yanğınları söndürülübbackend

Əlcəzairdə bütün meşə yanğınları söndürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzair Mülki Müdafiə Başçılığı ölkənin şimalındakı şəhərlərdə 34 nəfərin ölümünə səbəb olan bütün meşə yanğınlarının söndürüldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, bütün meşə yanğınları söndürülüb, mühafizə və soyutma işləri davam edir.

Bəyanatda əlavə təfərrüatlara yer verilməyib.

Əlcəzairin şimalındakı 11 şəhərdə iyulun 23-də başlayan meşə yanğınlarında 34 nəfərin həyatını itirdiyi bildirilib.

Mülki Müdafiə Rəyasət Heyəti dünən 8 şəhərdə 15 nöqtədə meşə yanğınlarının söndürülməsi işlərinin davam etdiyini açıqlayıb.