Gürcüstan vətəndaşlığı alan rusların sayı açıqlanıbbackend

Gürcüstan vətəndaşlığı alan rusların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan təxminən son 17 ayda Gürcüstana 2564 Rusiya Federasiyası vətəndaşı qəbul edilib, 3071 nəfərin isə Gürcüstan vətəndaşlığı bərpa edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, 2022-ci il fevralın 24-dən 2023-cü il iyulun 17-dək olan müddətdə Gürcüstan prezidenti Rusiya Federasiyasının 2564 vətəndaşına müstəsna olaraq Gürcüstan vətəndaşlığı verib.

Qeyd edilib ki, bunlardan 2530 nəfəri əslən Gürcüstandandır, 23 nəfər Gürcüstan vətəndaşlarının ailə üzvləridir, 11 nəfər isə idman, elm və ya incəsənət sahəsində fəaliyyət göstərir.