Yunanıstanda meşə yanğınlarında ölənlərin sayı 4-ə çatıbbackend

Yunanıstanda meşə yanğınlarında ölənlərin sayı 4-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Maqnisiya bölgəsində baş verən yanğında 45 yaşlı bir adam həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almiros bölgəsində Platanos kəndi yaxınlığında baş verən yanğında karvanında yaxalanan qadın həyatını itirib.

Volos şəhəri yaxınlığında baş verən yanğınla əlaqədar sənaye zonası və bəzi yaşayış məntəqələri boşaldılıb.

Digər tərəfdən Korfu və Rodosda yanğınlar davam edib, dünən gecə saatlarında bölgədəki bəzi yaşayış məntəqələri ehtiyat tədbiri olaraq boşaldılıb.

Yunanıstanın paytaxtı Afinadan təxminən 200 kilometr uzaqlıqda yerləşən Eğribozun Platanistos bölgəsində dünən yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü bildirilib.

Yunanıstan Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada qəzada 34 yaşlı pilot Hristos Mulas və 27 yaşlı ikinci pilot Periklis Stefanidisin həyatını itirdiyi qeyd edilib.

Yunanıstanda iyulun 17-də başlayan meşə yanğınları davam edərkən, Türkiyə, İsrail, Misir, Bolqarıstan, İtaliya, Malta, Fransa, İordaniya, Polşa, Rumıniya və Slovakiya yanğınlara müdaxilə etmək üçün yardım göndərib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus iki amfibiya yanğınsöndürmə təyyarəsi və 9 nəfərlik uçuş heyəti ilə bir yanğınsöndürmə helikopteri prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə iyulun 22-də Afinaya gedib.

Rodos adasındakı yanğınlarda Türkiyədən göndərilən təyyarələr işləyir.