Nigeriyanın Bauçi əyalətində silahlı hücumda 7 mülki vətəndaş həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, kimliyi hələ müəyyən edilməyən silahlı şəxslər Bauçinin Ningi rayonunda hücum həyata keçirib.
Hücumda 7 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.