Arizona ştatının Marikopa Bölgəsi İctimai Səhiyyə İdarəsinin dərc etdiyi həftəlik hesabata görə, aprelin 11-dən bu yana bölgədə təsirli olan həddindən artıq istilər səbəbindən 25 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İyulun 15-22-də 7 nəfərin öldüyünə dair məlumatların yer aldığı hesabata görə, 2022-ci ildə Marikopada istilər səbəbilə 38 nəfər həyatını itirib.
Digər tərəfdən, iyulun 9-dan etibarən bölgədə havanın temperaturu gecələr 32 dərəcədən yuxarıdır.
Digər tərəfdən, Arizona ştatının Marikopa bölgəsində 2009-cu ildə qurulan “İstilikdən Mübarizə Şəbəkəsi” cəmiyyəti hər həftə istidən zərər çəkən yüzlərlə insana içməli su təqdim edir və 235 obyektində kondisionerli mühit təmin edir.
Bu il ilk dəfə olaraq könüllülərin idarə etdiyi bu obyektlərdən 18-də istidən qorunmaq istəyən insanların yata biləcəyi yerlər var.
Arizona ştatının Feniks şəhərində havanın temperaturunun 27 gün dalbadal 43 dərəcəni keçdiyi qeydə alınıb ki, bu da rekord göstəricidir.