Filippinin şimalında təsirli olan Doksuri qasırğası nəticəsində həyatını itirənlərin sayı 6-ya yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin şimalını vuran tayfundan minlərlə insan zərər çəkdiyi halda, bir çox evin dam örtüyünə təsir edib.
Səlahiyyətlilər Caqayan bölgəsində təxminən 16 min insanın evlərindən təxliyə edildiyini, bəzi qəsəbələrdə daşqınların, bəzi bölgələrdə isə torpaq sürüşmələrinin baş verdiyini açıqlayıb.
Benguet əyalətində torpaq sürüşməsi nəticəsində torpaq altında qalan evdə 4 nəfər, ölkənin şimalındakı Baguio şəhəri və İsabela əyalətində isə hər biri bir nəfər həyatını itirib.
Təsirini qismən itirməyə başlasa da, Doksuri Tayfunun sürətinin saatda 214 kilometrə qədər təsirli ola biləcəyi ifadə edilir.
Caqayan Regional Qubernatoru Manuel Mamba dünən verdiyi açıqlamada, şimal bölgələrindəki ən az 4 şəhərdə elektrik kəsildiyini və quraqlıqdan zərər görən qarğıdalı və düyü sahələrinə dəyən ziyandan narahat olduğunu bildirib.
Filippin Sahil Mühafizəsi tərəfindən edilən açıqlamada, təxminən 3800 sərnişinin komendant saatı tətbiq edildiyi bir çox limanda qapalı qaldığı qeyd edilib. Açıqlamada sahil təhlükəsizlik qruplarının sel səbəbiylə evlərində qapalı qalan insanları qayıq və kəndirlərlə təxliyə etdiyi bildirilib.
Tayvan Mərkəzi İqlim Bürosu (CWB) də tayfunun bölgədə saatda 198 kilometr sürətlə təsirli olduğunu açıqlayıb.
Doksuri tayfunu Tayvanın şərq sahillərində güclü yağış və küləklərə səbəb olduğu üçün Kaohsiung və Taitung şəhərləri arasında qatarların hərəkəti dayandırılıb.