Hindistanın Qərbi Benqal əyalətində bir ailənin mobil telefon almaq üçün 8 aylıq körpəsini satdığı ortaya çıxıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Onun model mobil telefon alması qonşularının diqqətini çəkib.
Qonşuların sorğusu əsasında ailə 8 aylıq körpəni satdıqlarını etiraf edib.
Polis körpəni götürən şəxsləri saxlayıb.
Daha sonra körpənin atası da saxlanılıb, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilir.
Digər tərəfdən, ailənin 7 yaşlı qızını da satmağa çalışdığı iddia edilib.