Yunanıstandakı meşə yanğınları karbon tullantılarının rekord həddə çatmasına səbəb olurbackend

Yunanıstandakı meşə yanğınları karbon tullantılarının rekord həddə çatmasına səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan 17 iyuldan bəri meşə yanğınları ilə mübarizə aparır və meşə yanğınları ölkənin son 20 ildə iyul ayında yaşadığı ən böyük yanğın olaraq qeydə alınıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Paytaxt Afinanın qərbində yerləşən Rodos adasında iyulun 17-də başlayan yanğınlar səbəbilə təxminən 20 min insan təhdid altında olan bölgələrdən təxliyə edilib, bu rəqəm ölkə tarixində yanğınla bağlı ən böyük təxliyə olub.

CAMS-in Qlobal Yanğın Assimilyasiya Sistemi (GFAS) tərəfindən təqdim edilən məlumatlar, ölkədə yanğından emissiyaların 25 iyul tarixinə bir meqatondan çox artdığını, hətta indiyə qədərki ən yüksək illik miqdardan da çox olduğunu ortaya qoyub.

Əvvəllər ölkədə yanğınla bağlı ən yüksək illik emissiya 2007-ci ildə meşə yanğınları zamanı baş verib və təxminən 0,5 meqaton təşkil edib.

Vəziyyətin sürətlə pisləşdiyi bildirilib, İtaliyanın Siciliya adasında ötən günlərdə 50-yə yaxın meşə yanğınının baş verdiyi, lakin bölgədən karbon emissiyaları ilə bağlı kifayət qədər məlumatın alına bilmədiyi xatırladılıb. Önümüzdəki günlərdə CAMS qlobal modellərindən əldə ediləcək məlumatlarda əhəmiyyətli bir karbon emissiyası gözlənilir.

Bəyanatda fikirləri yer alan CAMS-in baş eksperti Mark Parrinqton Yunanıstandakı vəziyyəti nəzərə alaraq nəticələrin onlar üçün sürpriz olmadığını bildirib.