Çindəki zəlzələlərin monitorinq mərkəzinə kiberhücum edilibbackend

Çindəki zəlzələlərin monitorinq mərkəzinə kiberhücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Vuhan Zəlzələ İzləmə Mərkəzinin ABŞ mənşəli olduğu düşünülən kiber hücuma məruz qaldığı iddia edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çin Kommunist Partiyasının (ÇKP) media orqanı olan “Global Times”ın xüsusi hesabatına görə, Uhandakı Fövqəladə Hallar İdarəsi Bürosu şəhərin zəlzələ monitorinq mərkəzinə xaricdəki ölkədən kiberhücum edildiyini açıqlayıb.

Milli Kompüter Virusunun Fövqəladə Hallara Müdaxilə Mərkəzi və Çinin internet təhlükəsizliyi şirkəti 360 texniki analiz üçün birgə araşdırma qrupu yaradıb.

İstintaqda Wuhan Zəlzələ Monitorinq Mərkəzinin bəzi şəbəkə avadanlıqlarının xaricdəki bir təşkilat tərəfindən hücuma məruz qaldığı, hücuma məruz qalan mərkəzin kiberhücumdan təsirlənən avadanlığı dərhal dayandırdığı və hadisəni araşdırmaq üçün ictimai təhlükəsizlik orqanlarına bildirib.

Wuhan ictimai təhlükəsizlik bürosunun rəsmiləri də xaricdəki Troya atı proqramının Zəlzələ Mərkəzinin sistemlərinə hücum etdiyini təsdiqləyib.

Məsələni araşdıran ekspertlər kiberhücumun xaricdən qaynaqlandığını bildirib, hücum edən hakerlərin xarici ölkə hökuməti ilə əlaqəli olduğunu qeyd ediblər.

“Global Times”a danışan mənbələr iddia edib ki, ilkin tapıntılar kiberhücumun ABŞ hökumətinin dəstəklədiyi hakerlər tərəfindən həyata keçirildiyini göstərir.

360 təhlükəsizlik şirkətinin araşdırmasında, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daha əvvəl Çində ən azı yüzlərlə mühüm yerli məlumat sisteminə kiberhücumlar həyata keçirdiyi ifadə edilərkən, məlumatların NSA-ya ötürüldüyü təyin olunub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Çinin milli təhlükəsizliyinə ciddi təhdid yaradan kiberhücumları pisləyib və ölkənin kiber təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlərin görüləcəyini bildirib.