Romada imperator Neronun teatrının qalıqları tapılıbbackend

Romada imperator Neronun teatrının qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın paytaxtı Romada imperator Nerona məxsus teatrın qalıqları tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Eramızdan əvvəl 54-68-ci illərdə imperator olan Neronun Qədim Romada tikdirdiyi özəl teatrın bir müddət mövcud olduğu ancaq qədim mətnlərdə adının çəkildiyi üçün bilinirdi.

Arxeoloqlar qazıntılar zamanı mərmər sütunlar, qızıl yarpaqlı stükka bəzəkləri və teatr dekorasiyası üçün istifadə olunan otaqlar tapıblar.

Roma Arxeoloji Saytının direktoru Daniela Porro bu tapıntını “fövqəladə əhəmiyyətli” adlandırıb.

Qazıntı işlərinin təşəbbüskarı olan arxeoloq Renato Sebastiani bildirib ki, Rovere sarayının altındakı arxeoloji kəşflər onlara qədim Romadan orta əsrlərə qədər olan geniş dövr haqqında çoxlu məlumatlar verib.

Rovere sarayında qazıntılar 2020-ci ildə başlayıb.